ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubionun Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtlə Ağ Evdə görüşü keçirilib.

Teleqraf xəbər verir ki, ABŞ-nin adanı əldə etmək niyyəti ilə bağlı keçirilən görüş təxminən bir saat çəkib.

AFP müxbiri Denni Kemp sosial media saytında X-də yazıb ki, Danimarka və Qrenlandiya xarici işlər nazirləri artıq Ağ Evi tərk ediblər.

Görüşün nəticələri açıqlanmayıb.