BAKI, 14 yanvar. TELEQRAF

Qara dənizdəki Rusiya terminalına gedən tankerlərə dron hücumlarından sonra Qazaxıstan ABŞ və Avropanı neft nəqlinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

"Qazaxıstan Rusiya sahillərindəki Qara dəniz terminalına gedən tankerlərə dron hücumlarından sonra ABŞ və Avropanı neft daşınmasının təhlükəsizliyini təmin etməyə çağırıb", - deyə məlumatda bildirilir.

Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, bir gün əvvəl Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalına gedən üç tankerə hücum edilib.