BAKI, 14 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner yanvar ayında Moskvaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində onlar Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Danışıqların əsas mövzusu isə Ukraynadakı müharibənin sona çatdırılması olacaq.