BAKI, 14 yanvar. TELEQRAF
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Nemət Kərimov vəsatət verib.
O, cinayət işinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və Novruz Tağıyevin məhkəmə prosesində şüşə qəfəsdən çıxarılaraq vəkilin yanında əyləşdirilməsi barədə vəsatətlər təqdim edib.
Məhkəmə müşavirədən sonra yalnız Novruz Tağıyevin şüşə qəfəsdən çıxarılması barədə vəsatəti təmin edib.
Məhkəmə baxışı yanvarın 21-nə təyin eidlib.
Qeyd edək ki, Tağıyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.