BAKI, 14 yanvar. TELEQRAF

ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff Trampın Qəzza sülh planının ikinci mərhələsinin başladığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Stiven Uitkoffun sözlərinə görə, Qəzza sülh prosesinin ikinci mərhələsi keçid Fələstin Muxtariyyətinin yaradılmasını əhatə edəcək. Bundan əlavə, anklav silahsızlaşdırılacaq və onun yenidən qurulmasına başlanılacaq.