BAKI, 14 yanvar. TELEQRAF

Donald Tramp administrasiyası ABŞ-də yaşayan somalililər üçün Müvəqqəti Müdafiə Statusunun (TPS) dayandırılması barədə qərar qəbul edib. Bu qərar yüzlərlə şəxsin iki ay ərzində ölkəni tərk etməsini və ya deportasiya riski ilə üzləşməsini nəzərdə tutur.

Teleqraf xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem açıqlamasında bildirib ki, Somalidə vəziyyət kifayət qədər yaxşılaşıb və somalililər artıq federal qanunvericiliyə əsasən TPS almaq meyarlarına cavab vermir.

"TPS müvəqqəti deməkdir. Somalililərin qalmasına icazə verilməsi milli maraqlarımıza ziddir. Biz amerikalıları birinci yerə qoyuruq”, - deyə Noem qeyd edib.