BAKI, 14 yanvar. TELEQRAF

"Qrenlandiyanın alınması ABŞ-yə 700 milyard dollara başa gələ bilər".

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Telekanal bildirib ki, bu qiymətləndirmə mümkün ssenarinin planlaşdırılmasının bir hissəsi olaraq mütəxəssislər və keçmiş Amerika rəsmiləri tərəfindən hazırlanıb.

"NBC" mənbələri iddia edir ki, Rubioya yaxın həftələrdə ərazini satın almaq üçün təklif hazırlamaq tapşırılıb və Ağ Ev bunu "əsas prioritet" adlandırıb.

Kanal alternativ variantların da müzakirə olunduğunu qeyd edir.