BAKI, 13 yanvar. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyi İrandakı Rusiya vətəndaşlarını iğtişaşlarla əlaqədar ehtiyatlı olmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İrandakı Rusiya vətəndaşları izdihamlı yerlərə getməkdən, foto və video çəkməkdən çəkinməli, yerli hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərin tələblərinə ciddi şəkildə əməl etməlidirlər" - məlumatda bildirilir.

İranda dekabrın sonlarında yerli valyutanın devalvasiyası fonunda baş verən etirazlar davam edir.