BAKI, 13 yanvar. TELEQRAF
Rusiyanın hücumu nəticəsində Polşanın Odessadakı konsulluğuna ziyan dəyib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Odessadakı Polşa konsulluğu gecə ərzində atılan atəş nəticəsində zərər görüb. İşçilərimizdən heç biri xəsarət almayıb" - məlumatda qeyd olunur.
Ukrayna mediasının məlumatına görə, gecə saatlarında Rusiyanın zərbələri nəticəsində Odessadakı iki enerji obyektinə xeyli ziyan dəyib.