BAKI, 13 yanvar. TELEQRAF
Misirə məxsus "CASA C295" tipli hərbi-nəqliyyat təyyarəsi Azərbaycana uçuş zamanı Ermənistanın hava məkanından istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, Qahirə-Bakı marşrutu üzrə uçuş 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirilib. Həmin gün təyyarə yenidən Ermənistanın hava məkanından keçməklə Misirə geri qayıdıb.
Bu məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə sorğu ünvanlanıb. Nazirlikdən verilən məlumata görə, sözügedən uçuş özəl səfər xarakteri daşıyıb.
“Ermənistanın hava məkanı vasitəsilə Qahirə-Bakı reysini yerinə yetirən reys sərnişin təyyarəsi olub və Azərbaycana özəl qaydada yüksək vəzifəli şəxsi çatdırıb”, - nazirliyin açıqlamasında bildirilib.
