ŞƏMKİR, 13 dekabr. TELEQRAF
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Dəllər qəsəbə sakini, 2006-cı il təvəllüdlü Mövlan İsmayılov münaqişə zəminində, eyni qəsəbədə yaşayan, Türkmənistan vətəndaşı, 25 yaşlı Aydogduyev Meylis Səfərmurad oğluna bıçaqla xəsarətlər yetirib.
Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.