BAKI, 13 yanvar. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinə həyata keçirdiyi kütləvi hücum nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

"Xarkovun ətrafına endirilən düşmən zərbəsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Hücum nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb",- o qeyd edib.