BAKI, 13 yanvar. TELEQRAF

Rusiya, İran, Çin və Şimali Koreya NATO ilə uzunmüddətli qarşıdurma axtarır.

Teleqraf TASS xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində "Yeni Avropa" fövqəlmilli liberal qrupu tərəfindən təşkil edilən "Qlobal Avropa" konfransında çıxışı zamanı bildirib.

O həmçinin bildirib ki, hərbi blok üçün təhlükə realdır və zamanla yox olmayacaq.

Rutte hesab edir ki, adları çəkilən dörd ölkə NATO-ya meydan oxumaq üçün getdikcə daha çox əməkdaşlıq edir, lakin alyans üzv dövlətlər arasında uzunmüddətli tərəfdaşlığı sayəsində üstünlüyə malikdir.

Rutte ona da qeyd edib ki, alyans Ukraynanı Rusiya Federasiyasına qarşı birinci müdafiə xətti hesab edir.