BAKI, 13 yanvar. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin yanvarın 9-da “Oreşnik” raketi ilə endirdiyi zərbə nəticəsində "Lvov Dövlət Aviasiya-Təmir Zavodu"nun fəaliyyəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, bir neçə müstəqil mənbə tərəfindən təsdiqlənmiş məlumata əsasən, yanvarın 9-na keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən “Oreşnik” mobil yerüstü raket kompleksinin tətbiqi ilə endirilən zərbə nəticəsində Lvovdakı aviasiya-təmir müəssisəsi sıradan çıxarılıb.