BAKI, 13 yanvar. TELEQRAF
Avropa Komissiyası İrana qarşı yeni sanksiyalar paketi üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə Komissiyanın prezidenti Ursula Fon der Leyen “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə və vitse-prezident Kaya Kallas ilə sıx əməkdaşlıq çərçivəsində repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı qısa müddətdə əlavə sanksiyalar təklif olunacaq:
“Biz azadlıqları uğrunda cəsarətlə yürüş edən İran xalqının yanındayıq”.
Von der Leyen həmçinin bildirib ki, Avropa İttifaqı insan hüquqları üzrə sanksiyalar rejimi çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusunu artıq siyahıya daxil edib.