BAKI, 12 yanvar. TELEQRAF

İranda internetə giriş etirazlar zamanı terror əməliyyatları başladıqdan sonra məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"İnternetin bağlanması qərarı xaricdən gələn əmrlər əsasında terror aktları törədildiyi üşün verilib", - o bildirib.

"NetBlocks" Beynəlxalq internet monitorinq xidmətinin məlumatına əsasən, İranda internetə çıxış 96 saatdan çoxdur ki, məhdudlaşdırılıb. 9 yanvarda İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.