BAKI, 12 yanvar. TELEQRAF

Venesuela xalqın dəstəyi ilə qanuni hökumət tərəfindən idarə olunur.

Teleqraf xəbər verir ki, bunu Latın Amerikası ölkəsinin müvəqqəti prezidenti Delsi Rodriges ABŞ Prezidenti Donald Trampın "Truth Social" səhifəsindəki paylaşımına cavab olaraq bildirib.

Onun sözlərinə görə, Venesuelanın səlahiyyətli prezidenti ilə yanaşı, ABŞ tərəfindən girov götürülmüş bir lideri də var.

Rodrigez əlavə edib ki, ölkəni mütəşəkkil xalqla birlikdə idarə edir.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində yumoristik bir şəkil paylaşaraq özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edib.

Yanvarın əvvəlində Venesuela Ali Məhkəməsi Delsi Rodrigesi ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. Lakin Avropa Komissiyasının sözçüsü Anita Hipper bildirib ki, qurum Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesin legitimliyini tanımır.

Öz növbəsində Delsi Rodriges də ABŞ prezidentini mübahisəli məsələləri diplomatik yolla həll etməyə çağırıb.