BAKI, 12 yanvar. TELEQRAF

ABŞ, Misir, Qətər və Türkiyə rəsmiləri Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsinə hazırlıqları müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ötən il dekabrın 7-də İsrailin Baş naziri Binyamin Netanyahu Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planının birinci mərhələsinin artıq praktik olaraq həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra HƏMAS-ın tərksilah edilməsini və anklavın silahsızlaşdırılmasını əhatə edən ikinci mərhələ başlayacaq.