BAKI, 13 yanvar. TELEQRAF
ABŞ hakimiyyəti öz vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat ABŞ-nin İrandakı diplomatik nümayəndəliyinin rəsmi saytında dərc olunub.
Bildirilib ki, ABŞ vətəndaşlarına İrandan quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxmaları tövsiyə olunur. Açıqlamada səbəb kimi ölkədə davam edən etiraz aksiyalarının güclənməsi və zorakılığa çevrilmə riski göstərilib.
Qeyd olunub ki, bu proses saxlanmalar və xəsarətlərlə nəticələnə bilər.
Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi ölkədə baş verən iğtişaşlarda ABŞ və İsrailin iştirakı ilə bağlı sübutlara malik olduqlarını bəyan etmişdi.
ABŞ Prezidenti Donald Tramp isə İrana məxsus qüvvələrin ABŞ bazalarına hücum edəcəyi təqdirdə Tehranın misli görünməmiş zərbələrlə üzləşəcəyini bildirib.