BAKI, 13 yanvar. TELEQRAF
Vaşinqton administrasiyası ABŞ hakimiyyət orqanlarının icazəsi olmadan Venesueladan yola düşən bütün tankerləri ələ keçirməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp yalnız ABŞ tərəfindən təsdiqlənmiş neft tankerlərinin Venesuelanı tərk edəcəyini çox açıq şəkildə bildirib: "Biz dövlətlə əlaqəsi olmayan və ya ABŞ-dən icazə almayan gəmiləri ələ keçirməyə davam edəcəyik".