Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba qışın sonuna qədər Rusiya ilə atəşkəs razılaşması olmayacağını və müharibənin 2026-cı ildə bitməsi ehtimalının olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Kulebanın sözlərinə görə, danışıqlar prosesində növbəti əhəmiyyətli yüksəliş fevral ayının sonunda mümkündür.
Kuleba müvəqqəti atəşkəsin mümkünlüyünü istisna etməsə də, bunun uzunmüddətli olmayacağını deyib.
Onun fikrincə, müharibələr yalnız hər tərəfdən güclü motivasiya olduqda bitir, lakin bu kombinasiya hazırda yoxdur: "Rusiya hərbi yolla məqsədlərinə çata biləcəyinə, Ukrayna isə mövqelərini qoruyub saxlaya biləcəyinə əmindir".