BAKI, 12 yanvar. TELEQRAF

Türkiyədə yeni ailə quracaq ehtiyaclı gənclərə maddi yardım göstəriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Diyanət İşləri İdarəsi məlumat yayıb.

Bildirilib ki, yardım almaq üçün 18-35 yaş arası gənclər müvafiq dövlət qurumuna müraciət etməlidirlər.

Şərtlərə görə, yardım alacaq şəxslərin gəliri minimum əməkhaqqından çox olmamalıdır.

Yardımın məbləği isə 500 min lirə (19 min AZN) təşkil edəcək.