İspaniyanın “Real Madrid” klubu Xabi Alonso ilə yollarını ayırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Alonsonun yerinə Alvaro Arbeloa əsas komandanın baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Xabi Alonso cari mövsümün əvvəlindən “Real Madrid”in baş məşqçisi vəzifəsini yerinə yetirirdi. Onun rəhbərliyi altında Madrid təmsilçisi 28 rəsmi oyuna çıxıb, 20 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət yaşayıb. Klub son olaraq İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub.