BAKI, 12 yanvar. TELEQRAF

Abşeron rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba magistral avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Abşeron rayonu ərazisində hərəkətdə olan bir neçə minik avtomobili toqquşub.

Toqquşma “Opel”, “Kia” və “BYD” markalı nəqliyyat vasitələrinin iştirakı ilə baş verib.

Hadisə nəticəsində xəsarət alanlar var. Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadasıı cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, qəzanın səbəbləri araşdırılır.