BAKI, 13 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən ölkələrin ABŞ-la bütün əməliyyatlar üzrə 25 faiz rüsum ödəyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Bu gündən etibarən İran İslam Respublikası ilə biznes aparan istənilən ölkə Amerika Birləşmiş Ştatları ilə həyata keçirdiyi bütün kommersiya əməliyyatları üzrə 25 faiz rüsum ödəyəcək”, – deyə paylaşımda bildirilir.

Tramp qeyd edib ki, bu qərar qətidir və icrası məcburidir.

Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" ABŞ Prezidentinin yanvarın 13-də administrasiyasının yüksəkvəzifəli nümayəndələri ilə İran*a bağlı mümkün addımların müzakirə ediləcəyi müşavirə keçirəcəyini yazmışdı.