BAKI, 12 yanvar. TELEQRAF

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldu karyerasında 959-cu qolunu vurub.

Teleqraf xəbər verir ki, 40 yaşlı hücumçu bunu Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda “Əl-Hilal”la səfərdə keçirilən qarşılaşmanın 42-ci dəqiqəsində reallaşdırıb.

Qarşılaşma “Əl-Nəsr”in 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, Ronaldu cari mövsümdə çıxdığı 14 oyunda 15 qol vurub.