ABŞ Dövlət Departamenti ölkə qanunlarını pozduğu üçün 100 mindən çox şəxsin vizasını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə departament sosial media səhifəsində məlumat verib.

Qeyd edilir ki, onlardan təxminən 8 mini tələbə vizası, 2.5 mini kriminal şəxslərə verilən xüsusi vizalardır.

Departament əlavə edib ki, bu cür tədbirlər ölkənin daxili təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

"Amerikanın təhlükəsizliyini təmin etmək üçün bu cinayətkarları deportasiya etməyə davam edəcəyik" - Dövlət Departamenti bildirib.