BAKI, 13 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı Amerika ordusunun gücündən istifadə edilməsinə icazə verib.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt "Fox News"a müsahibəsində bildirib.

"Prezident Tramp həmişə diplomatiyanın birinci seçim olduğunu söyləyib. Bu, həmişə belə olub və olacaq, amma o, zəruri hesab edərsə, ölümcül gücdən və ABŞ ordusunun qüdrətindən istifadə etməkdən çəkinməyəcək", - deyə Levitt bildirib.

Onun sözlərinə görə, Tramp hava hücumları da daxil olmaqla, İrana qarşı istənilən hərəkətə açıqdır.

O qeyd edib ki, cəmi bir neçə ay əvvəl İranın ən güclü aktivi nüvə proqramı idi, lakin Amerika ordusu onu məhv etdi.