BAKI, 13 yanvar. TELEQRAF
NATO 2026-cı ildə Baltik ölkələrində hava patrulu missiyası çərçivəsində Türkiyədən F-16 qırıcılarını planlaşdırılandan daha tez təqdim etməyi xahiş edib.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, NATO ilə Türkiyə arasında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Rumıniya ərazisində 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək yerləşdirilməsi ilə bağlı razılaşma da mövcuddur.
Məqalədə qeyd olunur ki, Ankara NATO-nun bu müraciətinə necə cavab verəcəyi ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Mənbələrin bildirdiyinə görə, Türkiyə qırıcıları bu missiya çərçivəsində sonuncu dəfə 2025-ci ilin əvvəlində hava patrulu həyata keçirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ankaraya F-35 qırıcılarının tədarükü imkanlarını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlamışdı.
Eyni zamanda, ötən ilin sentyabrında Türkiyənin Müdafiə Nazirliyi Rusiyaya S-400 zenit-raket komplekslərinin geri qaytarılması ilə bağlı yayılan məlumatları təkzib edib.