BAKI, 10 yanvar. TELEQRAF

Türkiyədə Çanaqqala (Dardanel) boğazı güclü fırtınaya görə tranzit gəmilər üçün bağlı elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə müvafiq idarə məlumat yayıb.

Şimal və cənubdan üzən gəmilərin kapitanlarına boğazın iki tərəfli bağlı olmasına dair məlumat verilib.