BAKI, 11 yanvar. TELEQRAF
Kolumbiyalı pop müğənni Yeison Ximenes və onun musiqi qrupu aviaqəza nəticəsində həlak olublar.
Teleqraf xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.
Bildirilib ki, özəl təyyarə Medellin şəhərinə uçan zaman qəzaya uğrayıb. Təyyarənin göyərtəsində altı nəfər, o cümlədən Ximenes olub. Onların hamısı ölüb.