BAKI, 11 yanvar. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduro saxlanılarkən onun həyat yoldaşı Siliya Flores özü əri ilə getmək istəyib. Bu, qəhrəmanlıqdır.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov bildirib.
"Bu vəziyyətin şahidi olanlar dedilər ki, qadın özü Maduro ilə getmək istəyib. ABŞ hərbçiləri tək Maduronu aparmaq istəyiblər. Xanımı onu tək buraxmayıb. Bu, qəhrəmanlıqdır", - diplomat qeyd edib.