BAKI, 11 yanvar. TELEQRAF
Yaponiya Baş naziri Sanae Takaiti Çin hökumətinin ikili təyinatlı malların Yaponiyaya ixracına embarqo qoymasını qəbuledilməz adlandırıb.
Teleqraf xəbər verir ki, Takaiti Yaponiya dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, bu addım yalnız Yaponiyanı hədəf alır və beynəlxalq praktikaya ziddir.
Qeyd edək ki, Çin yanvarın 6-dan etibarən “hərbi məqsədli və hər hansı digər şəkildə hərbi gücü artırmağa yönəlmiş” ikili təyinatlı malların ixracını Yaponiyaya qadağan edib.