BAKI, 11 yanvar. TELEQRAF

Hakerlər “Instagram” sosial şəbəkəsinin təxminən 17,5 milyon istifadəçisinin şəxsi məlumatlarını ələ keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumat "BreachForums" forumunda paylaşılıb.

Məlumat sızması ilə bağlı xəbər istifadəçilərin kütləvi şəkildə parol dəyişdirilməsi barədə bildirişlər almağa başlamasından bir neçə saat əvvəl yayılıb.

"Forbes" jurnalının yazdığına görə, parolun sıfırlanması cəhdlərinin qəfil artması "Instagram" istifadəçilərinə məxsus 17,5 milyon hesabın məlumatlarının sızması ilə əlaqəli ola bilər. Nəşr qeyd edir ki, bu cür hücumlar istifadəçilərdə gözlənilməzlik effekti və panika yaratmaq məqsədi daşıyır.