ABŞ Prezidenti Donald Trampa İranda baş verən etirazlar fonunda ölkəyə mümkün hərbi zərbələrlə bağlı variantlar təqdim olunub.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti rəsmi mənbələrə istinadən yazıb.

Məlumata görə, Trampa son günlər İrana qarşı yeni hərbi zərbə ssenariləri barədə məlumat verilib. ABŞ Prezidenti hələ yekun qərar qəbul etməsə də, rəsmilərin sözlərinə görə, o, zərbələrin təsdiqlənməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Qəzet qeyd edir ki, təqdim olunan variantlar arasında Tehrandakı qeyri-hərbi obyektlərə zərbələrin endirilməsi də var.