BAKI, 11 yanvar. TELEQRAF

Böyük Britaniya hökuməti Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi məqsədilə adaya hərbi kontingent göndərilməsi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Sunday Telegraph" qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, London Avropanın digər ölkələri ilə birlikdə NATO çərçivəsində Qrenlandiyada hərbi missiyanın yaradılması variantını müzakirə edir. Planlar hələ ilkin mərhələdədir, lakin Britaniyanın mümkün missiya üçün şəxsi heyət, eləcə də hərbi gəmilər və təyyarələr ayıra biləcəyi qeyd olunur.

Qəzet yazır ki, Avropa ölkələri NATO-nun Qrenlandiyadakı hərbi mövcudluğunun artırılmasının ABŞ Prezidenti Donald Trampı adanın ABŞ-yə birləşdirilməsi niyyətindən çəkindirəcəyinə ümid edir.