BAKI, 10 yanvar. TELEQRAF
"Mən Venesuela xalqını sevirəm və artıq Venesuelanı yenidən zəngin və təhlükəsiz edirəm. Təbrik edirəm və bunu mümkün edən hər kəsə təşəkkürümü bildirirəm".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində bildirib.
Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesueladakı hərbi obyektlərə hava hücumları endirib, quru əməliyyatı keçirərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edib. Maduro narkoterrorizmdə ittiham olunur".