BAKI, 10 yanvar. TELEQRAF
ABŞ Rusiya bayrağı altında üzən "Mariner" neft tankerini ələ keçirmək üçün iki idarəolunan raket esminesindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məqalədə deyilir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Şimali Atlantikada neft tankerini ələ keçirməkdə kömək edib. Gəmi bir həftə təqib edilib.
Əməliyyatda USS Bulkeley və USS Paul Ignatius esminesləri iştirak edib. Onlar missiyaya dəstək veriblər.
Yanvarın 7-də Rusiya bayrağı altında üzən tanker Şimali Atlantikada ələ keçirilib. Yanvarın 9-da ABŞ Prezidenti Donald Tramp ABŞ-nin "Mariner" tankerindən neft boşaltmağa başladığını elan etdi.