BAKI, 10 yanvar. TELEQRAF

İran təhlükəsizlik qüvvələri iğtişaşlarda iştirak edən silahlı qrupların azı 200 liderini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, onların sığınacaqlarından xeyli miqdarda silah, sursat, qumbara və "Molotov" kokteyli aşkar edilib.

Agentliyin məlumatına görə, qrup liderlərinin həbsindən sonra iğtişaşlarının intensivliyi azalıb.

Dekabrın sonlarında İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Etirazlar ölkənin 25 əyalətində 60-dan çox şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda , ən şiddətli toqquşmalar isə Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.