BAKI, 4 mart. TELEQRAF

Siyasi dairələrdə İranın keçmiş ali rəhbəri Əli Xameneinin mümkün varislərinin adları müzakirə olunmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Agentliyin yazdığına görə, əsas namizədlərdən biri Əli Xameneinin oğlu Müctəba Xameneidir.

Mənbələr bildiriblər ki, hələlik yekun qərar yoxdur, amma namizədlərin hər birinin şansları olduqca yüksəkdir.

Nəşr İranın birinci ali rəhbəri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni və Ekspertlər Şurasının üzvü Əlirza Ərəfi də daxil olmaqla digər mümkün namizədlərin adlarını da qeyd edib.

Ekspertlər Məclisinin üzvü Əhməd Xatəmi bu gün ölkənin yeni ali rəhbərinin seçilməsinin son mərhələsində olduğunu açıqlamışdı. Xatəmi qeyd etmişdi ki, tezliklə qərar verilə bilər, amma ölkədə davam edən hərbi vəziyyət prosesə təsir göstərir.