BAKI, 4 mart. TELEQRAF

Nazirlər Kabineti “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda edilmiş dəyişikliklərin icrasını təmin etmək məqsədilə bir sıra qərarlara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Məktəbə hazırlığın təşkili Qaydaları”na dəyişiklik edilərək məktəbdənkənar təhsil müəssisələri də bu prosesə daxil edilib.