BAKI, 10 yanvar. TELEQRAF
Gürcüstan dağlarında turistləri qar uçqunu altında qalıblar.
Teleqraf xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb. Turistlər təxminən üç saat qar altında qalıblar.
Gürcüstanın Yuxarı Svaneti bölgəsindəki Tetnuld zirvəsində qar uçqunu altında qalan təxminən 20 xizəkçi xilas edilib.
Yaralılar xəstəxanaya çatdırılıb. Bir neçə nəfər huşsuz halda qar altında çıxarılıb.
Qar altında qalan insanların dəqiq sayı da məlum deyil.
Turistlərin arasında ruslar da var.