BAKI, 9 yanvar. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın müdafiə naziri ilə ölkədə yerləşdirilə biləcək hərbi kontingentin fəaliyyətini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında bildirib.
Onun sözlərinə görə, müzakirələr münaqişə həll edildikdən sonra kontingentin Ukraynada fəaliyyəti ilə bağlı olub:
"Atəşkəs dövründə Britaniya kontingentinin necə fəaliyyət göstərə biləcəyini müzakirə etdik. Müharibəyə son qoymaq üçün çərçivənin müttəfiqlərin aydın cavabı ilə dəstəklənməsi vacibdir".