BAKI, 9 yanvar. TELEQRAF
Tehran prokuroru Əli Salehi xəbərdarlıq edib ki, kütləvi iğtişaşlarda iştirak edən, əmlaka ziyan vuran və hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan şəxslər Cinayət Məcəlləsinin "dövlət əleyhinə" maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Əli Salehi İranın dövlət televiziyasına müsahibəsində deyib.
Salehi bildirib ki, "Məhkəmə sisteminin qırmızı xətti ölkə vətəndaşlarının təhlükəsizliyidir. Terrorçulara qarşı yanaşmamız çəkindirici olacaq və onların cəzası dövlətə qarşı üsyana görə olacaq".
Qeyd edək ki, İran cinayət qanunvericiliyinə görə, "dövlət əleyhinə" maddəsi silahdan istifadəni nəzərdə tutur. Bu cinayətdə təqsirli bilinən hər kəs edam cəzasına məhkum edilə bilər.