BAKI, 9 yanvar. TELEQRAF
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez yanvarın 13-də Vaşinqtona səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Delsi Rodrigez gələn çərşənbə axşamı Vaşinqtona səfər etmək üçün icazə istəyib.
Məlumata görə, sorğu federal hökumətin müxtəlif departamentləri tərəfindən alınıb və hazırda əlaqələndirilir.
Bu arada, Venesuelanın kommunikasiya üzrə vitse-prezidenti Alfred Nazaret Nanyez özünün "Telegram" kanalında bildirib ki, Rodrigezin yaxın gələcəkdə xaricə səyahət etmək planı yoxdur.
Yanvarın 4-də Venesuela Ali Məhkəməsi Rodrigezi müvəqqəti dövlət başçısı təyin edib.