BAKI, 9 yanvar. TELEQRAF
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Tyurk İranda baş verən etiraz aksiyaları zamanı ölüm və əmlakın dağıdılması ilə nəticələnən zorakılıqdan narahatlığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tyurkun yurisdiksiyasındakı departamentin mətbuat xidməti məlumat yayıb.
"İranda 13-cü gününə qədəm qoyan ümumxalq etirazları zamanı baş verən zorakılıq xəbərlərindən, o cümlədən insan tələfatı və əmlakın dağıdılması xəbərlərindən dərin narahatlığımı bildirirəm", - o qeyd edib.
Tyurk bütün bu kimi halların dərhal araşdırılmasını və məsul şəxslərin beynəlxalq norma və standartlara uyğun olaraq məsuliyyətə cəlb edilməsini tələb edib.