İranın paytaxtı Tehranda gecə saatlarında keçirilən etiraz aksiyaları zamanı iğtişaşçılar bir neçə polis əməkdaşını öldürüblər.
Teleqraf xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına "kalaşnikov" avtomatından atəş açıblar.
Hadisənin digər detalları açıqlanmayıb.