BAKI, 8 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan çıxması barədə sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənədlərə əsasən, Tramp artıq Amerikanın maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan ABŞ-nin çıxması barədə göstəriş verib. Qərara görə, ABŞ-nin bütün federal qurumları 31 BMT strukturu və BMT-yə daxil olmayan 35 beynəlxalq təşkilatın fəaliyyətində iştirakını və maliyyələşdirilməsini dayandırmalıdır.

Ağ evin vurğuladığına görə, sözügedən təşkilatlar ABŞ-nin milli maraqlarına uyğun gəlmir.