BAKI, 7 yanvar. TELEQRAF

Rusiya ABŞ-dən ələ keçirilən "Marinera" tankerindəki Rusiya vətəndaşlarına qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Nazirliyin açıqlamasında deyilir: "Ekipaj arasında Rusiya vətəndaşlarının olması ilə bağlı daxil olan məlumatları nəzərə alaraq, Amerika tərəfindən onlara qarşı insani və ləyaqətli rəftarın təmin edilməsini, onların hüquqlarına ciddi şəkildə hörmət edilməsini tələb edirik".

Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ rusların vətənlərinə qayıtmasına mane olmamalıdır.

***

19:11

Rusiya Nəqliyyat Nazirliyi Rusiya bayrağı altında üzən "Marinera" tankerini ələ keçirən ABŞ Sahil Mühafizəsinin hərəkətləri ilə bağlı açıqlama yayıb.

"1982-ci il BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının müddəalarına uyğun olaraq, açıq dənizlərin sularında naviqasiya azadlığı tətbiq olunur. Bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında qeydiyyatdan keçmiş gəmilərinə qarşı güc tətbiq etmək hüququ yoxdur" - Məlumatda qeyd olunur.

17:44

ABŞ Sahil Mühafizəsi Latın Amerikası sahilləri yaxınlığında Rusiya neft tankerı "Marinera"nı ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Avropa Komandanlığı məlumat yayıb.

Bildirilib ki, tanker sanksiyaları pozub.

***

17:06

ABŞ Sahil Mühafizəsi Latın Amerikası sahillərində Rusiya neft tankerı "Marinera"nın saxlanması üzrə əməliyyat aparır.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyat Atlantik okeanında tankerin iki həftəlik təqibindən sonra başlayıb. Son saatlarda bu, gəmiyə qarşı ikinci saxlanma cəhdi olub və əməliyyata ABŞ Silahlı Qüvvələri cəlb edilib.