BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Konqresinin Merilend ştatından olan demokrat üzvü Eyprel Delani Venesuelada ABŞ-nin qanunsuz hərəkətlərinin prezident Donald Trampın impiçmenti üçün əsas yaratdığını bildirib.

Teleqraf xəbər verir ki, siyasətçi bu barədə şəxsi saytında press-reliz yayımlayıb.

O qeyd edib ki, ötən həftəsonu Tramp Konqresin icazəsi və razılığı olmadan, Konstitusiyanın tələblərini pozaraq Venesuelaya qarşı hücuma başlayıb və ölkəni idarə etmək niyyətini açıqlayıb.

Delani vurğulayıb ki, bu səbəbdən Demokrat fraksiyası impiçment prosedurunun başlanmasını yaxın vaxtlarda müzakirə etməlidir.